CHP İstanbulda təkrar seçkidə iştirak edəcək

   CHP İstanbulda təkrar seçkidə iştirak edəcək
  07 May 2019    Oxunub:1969
Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) Ali Seçki Qurumunun (YSK) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvinə dair qərarının müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib.
Azvision.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, iclasdan sonra CHP-nin sədri Kamal Kılıcdaroğlu bildirib ki, rəhbərlik etdiyi partiya bu il iyunun 23-də keçiriləcək İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərdə öz namizədi ilə iştirak edəcək.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Lakin yekun səsvermədən sonra Əkrəm İmamoğlu qalib gəlib.

Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 222 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. Etibarsız səslərin və İstanbulun bəzi rayonlarında bülletenlərin təkrar sayılmasından sonra Ə.İmamoğlu 13 min 729 səs fərqi ilə qalib gəlib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib.

Azvision.az



Teqlər: CHP   Seçki  





Xəbər lenti