“Porsche” 535 milyon avro cərimələndi

  07 May 2019    Oxunub : 1661
“Porsche” 535 milyon avro cərimələndi
"Volkswagen" Qrupun lüks avtomobil markası “Porsche” 535 milyon avro məbləğində cərimələnib.
Azvision.az xəbər verir ki, bu barədə Ştuttqart məhkəməsi qərar qəbul edib.

Belə ki, “Porsche” 2018-ci ilin sentyabrında dizel mühərrikli avtomobil istehsalını dayandıracağını, 2019-cu ildən onları benzin, elektrikli və hibrid mühərriklilərlə əvəz edəcəyini açıqlamışdı. Bu vədi yerinə yetirmədiyindən məhkəmə “Porsche” ilə bağlı belə bir qərar qəbul edib.

Qeyd edək ki, bir müddət öncə "Volkswagen" 1 milyard, "Audi" isə 800 milyon avro məbləğində cəzalandırılıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: