Dövlət Gömrük Komitəsindən
Azvision.az -a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində gömrük nəzarətindən gizlədilmiş, şəffaf rəngli sellofana bükülü 3 ədəd bağlama aşkarlanıb. Həmin bağlamalara baxış zamanı 1 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 22 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, 1 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 70 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə - metamfetamin və 1 ədəd bağlamada isə qablaşdırılması ilə birlikdə çəkisi 77 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə-heroin aşkar olunub.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.
Azvision.az