AKP seçki hazırlığına başladı

AKP seçki hazırlığına başladı
  08 May 2019    Oxunub:1658
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 23 iyunda İstanbulda keçiriləcək təkrar bələdiyyə seçkilərinin hazırlığına başlayıb.
Azvision.az xəbər verir ki, partiya sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, AKP üzvləri İstanbulda vətəndaşlarla görüşlər keçirəcəklər.

Əsas hədəf 31 mart seçkilərində iştirak etməyən 1,7 milyon seçicinin səsini almaqdır. Bu istiqamətdə təbliğata start verilib.

Qeyd edək ki, Türkiyə Ali Seçki Komissiyası (YSK) martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrini ləğv edib.

Azvision.az



Teqlər: AKP   seçki  





Xəbər lenti