Sürücələrə dumanlı hava ilə bağlı xəbərdarlıq

   Sürücələrə dumanlı hava ilə bağlı xəbərdarlıq
  08 May 2019    Oxunub:1444
Bakı Nəqliyyat Agentliyi sürücələrə dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.

"Həmçinin, piyadalardan xahiş edir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər".

Azvision.az



Teqlər: BNA   Dumanlı-hava   Xəbərdarlıq  





Xəbər lenti