FHN Ucardakı qəza ilə bağlı məlumat yayıb

FHN Ucardakı qəza ilə bağlı məlumat yayıb
  08 May 2019    Oxunub:1452
Fövqəladə Hallar Nazirliyi (FHN) Ucarda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb.
Azvision.az -ın FHN-nin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ucar rayonunda "QAZ" və “Ford” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində olan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər:





Xəbər lenti