Bakı Fond Birjasında hərrac keçirilib

Bakı Fond Birjasında hərrac keçirilib
  08 May 2019    Oxunub:1548
Mayın 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 200 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Azvision.az -a verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.4959 AZN (6.76 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 552,884,500 AZN olub.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. Notlar iyunun 4-də ödəniləcək.

Azvision.az



Teqlər: AMB   Hərrac  





Xəbər lenti