Ədliyyə Nazirliyində görüş keçirilib
A.Qessel Azərbaycan Prezidentinin Sərəncamının Avropa Şurasında çox yüksək qiymətləndirildiyini vurğulayaraq, həyata keçirilən tədbirlərin, o cümlədən bu sahədə qanunvericilikdəki mühüm yeniliklərin hüquq sisteminin təkmilləşməsinə yönəldiyini, vətəndaşlara birbaşa müsbət təsirini xüsusilə qeyd edib.
Eyni zamanda, məhkəmə-hüquq sistemindəki islahatlar, o cümlədən vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin tətbiqi barədə məlumat maraqla qarşılanıb. Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanını alqışlayan qonaq bu mühüm sənədin qısa müddətdə icrasını, həmçinin bu sahədə Ədliyyə Nazirliyinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını yüksək qiymətləndirib və Avropa Şurasının bu əlaqələri dəstəkləməyə hazır olduğunu bildirib.
Sonra ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlandığını və dövlətimizin başçısının proqram xarakterli yeni Fərmanının müstəsna əhəmiyyətini vurğulayıb, bu sahədə qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirib.
Səfər zamanı açıq və konstruktiv müzakirələrin aparıldığını söyləyən A.Qessel Prezidentin Fərmanının icrasının məhkəmə-hüquq sistemində çox böyük dəyişikliklərə gətirib çıxaracağını qeyd edib. O, Fərmanın icrası istiqamətində görülən tədbirləri təqdir edərək Avropa Şurasının həmin sənədin icrasına dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.
Görüşdə Avropa Şurasının Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes iştirak edib.
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi