İrana qarşı yeni sanksiyalar tətbiq edildi

  08 May 2019    Oxunub : 1152
İrana qarşı yeni sanksiyalar tətbiq edildi
ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb. Bildirilib ki, sanksiyalar İranda dəmir, polad, alüminium və mis istehsalı sahələrini əhatə edəcək.

Bundan əlavə, İranda ağır metallurgiya sahəsində çalışan, həmçinin İranla metal istehsalı sahəsində əməkdaşlıq edən əcnəbi şirkətlərə də sanksiya şamil olunacaq.

Azvision.az

Teqlər: İran   Sanksiya