Bu gün bəzi qəsəbələrdə işıq olmayacaq

  09 May 2019    Oxunub : 485
Bu gün bəzi qəsəbələrdə işıq olmayacaq
Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.
Azərişıq” ASC-dən Azvision.az -a verilən məlumata görə, saat 13.30-dan 16-00-dək "110 kv-luq Xırdalan hava xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Xırdalan şəhəri Quşçuluq massivi, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr gözlənilir.

Yaranmış narahatçılığa görə “Azərişıq” istehlakçılarından üzr istəyir.

Azvision.az

Teqlər: Azərişıq