Sabah hava necə olacaq?
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-18° isti təşkil edəcək.
Azvision.az