Prezident birinci xanımla Arif Məlikovun vida mərasimində - FOTOLAR

Prezident birinci xanımla Arif Məlikovun vida mərasimində  -  FOTOLAR
  09 May 2019    Oxunub:6301
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artisti, tanınmış bəstəkar Arif Məlikovun vida mərasimində iştirak ediblər.

AzVision.az xəbər verir ki, mərasim Bakı Musiqi Akademiyasında keçirilib.


Vida mərasiminə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycanın və SSRİ-nin xalq rəssamı Tahir Salahov da qatılıblar.



Qeyd edək ki, Xalq artisti, görkəmli bəstəkar Arif Məlikov bu gün vəfat edib. Arif Məlikov Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. O, müxtəlif janrlarda əsərlər - balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operettalar müəllifidir.



Bəstəkarın “Məhəbbət əfsanəsi” baleti dünyanın əksər tanınmış teatrlarının səhnələrində tamaşaya qoyulub. Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.





Şahanə Rəhimova
Azvision.az


Teqlər: ArifMəlikov   Vida   Mərasim   Prezident  





Xəbər lenti