London məscidlərindən birində atışma olub

  10 May 2019    Oxunub : 620
London məscidlərindən birində atışma olub
London şəhərinin İlford rayonu ərazisində yerləşən məsciddə atışma baş verib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi “Tvitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, hadisənin baş verdiyi Hay-roud küçəsinə polis əməkdaşları cəlb olunub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Azvision.az

Teqlər: London   Məscid   Atışma