Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

  10 May 2019    Oxunub : 626
Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi
Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar - 3,6,18,29,31,39,53,77,96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdirilib.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Azvision.az

Teqlər: BNA   Avtobus