"İsrafil Hüseynov" borudüzən gəmisində baş vermiş qəza nəticəsində yaralanan 14 nəfərin müalicəsi davam edir.
Səhiyyə Nazirliyindən
Azvision.az -a verilən məlumata görə, renimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Digər 7 nəfər isə cərrahiyyə bölməsindədir, müalicələri davam edir.
Qeyd edək ki mayın 8-də, saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində avadanlıqda baş verən nasazlıq nəticəsində yanğın hadisəsi olub. Yanğın zamanı gəmi heyətindən olmayan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar “Citadel” gəmisi vasitəsilə Bakı sahilinə çatdırılaraq dərhal Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.
Aytən Zəhra
Azvision.az