“Azərbaycanda vəkilliyə böyük axın var” - Anar Bağırov

  10 May 2019    Oxunub : 1281
“Azərbaycanda vəkilliyə böyük axın var” - Anar Bağırov
"Azərbaycanda vəkilliyə böyük axın var. Hətta dövlət orqanlarında işləyən gənclər də vəkilliyə qəbul üçün sənəd təqdim edirlər".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, vəkillərin sayı artacaq.
A.Bağırov, həmçinin qeyd edib ki, vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək: "Azərbaycanda 1999-cu ildən vəkillər müstəqildir. Bu gün bəzi MDB ölkələrində vəkillər hələ də Ədliyyə Nazirliyinin nəzarətindədir. Bizdə belə şey yoxdur. Bu sahədə islahatlar gedir. Ölkədə vəkillərin sayı artır. Ardıcıl iki dəfə imtahan keçirilməsinə baxmayaraq, hazırda 200 nəfər yenidən vəkillik üçün sənəd verib. Planda var ki, bu il azı bir imtahan keçirilsin. Gənclər, xüsusən dövlət orqanlarında işləyən gənclər kütləvi şəkildə vəkilliyə sənəd verirlər. Vəkillərin sayı hər il yüzlərlə artacaq".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Anar-Bağırov   Vəkil