“Azərsu” sədri Beyləqanda qəbul keçirəcək

“Azərsu” sədri Beyləqanda qəbul keçirəcək
  10 May 2019    Oxunub:2097
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mayın 17-də Beyləqan şəhərində Beyləqan və Xocavənd rayonundan olan sakinləri, sədr müavinləri isə Füzuli və İmişli şəhərlərində sakinləri qəbul edəcək.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, qəbullar Beyləqan, Füzuli və İmişli Sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbulda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Beyləqan, Füzuli və İmişli sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti