ABŞ-da intihar edən Fuadın cənazəsini gətirmək üçün pul yığılır

ABŞ-da intihar edən Fuadın cənazəsini gətirmək üçün pul yığılır
  10 May 2019    Oxunub:2919
Xəbər verdiyimiz kimi, ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujvanı qətlə yetirməkdə təqsirli bilinən Fuad Paşayev saxlanıldığı təcridxanada intihar edib.
Azvision.az -ın məlumatına görə, ABŞ-da yaşayan soydaşlarımız F.Paşayevin cənazəsinin ölkəmizə gətirilməsi üçün yardım kampaniyasına başlayıblar.

Qeyd olunub ki, toplanacaq vəsait nəşin Azərbaycana gətirilməsinə xərclənəcək və ailəsinə veriləcək. Yeddi saat öncə yaradılan kampaniyaya 1400 dollar vəsait toplanıb.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: ABŞ   Fuad-Paşayev  





Xəbər lenti