Nəqliyyat qovşağından istifadə artıq ödənişlidir

 Nəqliyyat qovşağından istifadə artıq ödənişlidir
  10 May 2019    Oxunub:2350
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində istifadəyə verilən Nəqliyyat qovşağından avtomobillərin istifadəsi artıq ödənişlidir.
Bu barədə Azvision.az -a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. Onun sözlərinə görə, qovşaq ərazisində parkomatlar quraşdırılıb.

“Nəqliyyat qovşağından avtomobillərin istifadəsinə görə taariflər avtovağzalın digər giriş-çıxış hissəsində olduğu kimidir. Avtomobillərin qaldığı müddətə əsasən ödəniş olunmalıdır”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan tariflər belədir: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat). İstifadəçilər 30 manatlıq abunə kartı almaqla ay ərzində limitsiz istifadə haqqı əldə edə bilərlər.

Aytən Zəhra
Azvision.az



Teqlər: Avtovağzal   Qovşaq  





Xəbər lenti