Avtovağzalda arabalardan istifadə pulsuz oldu

Avtovağzalda arabalardan istifadə pulsuz oldu
  10 May 2019    Oxunub:1557
"Bir neçə müddətdir fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla daşıya bilərlər".
Azvision.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat yayıb. O bildirib ki, sərnişinlərin arabalardan istifadəsi pulsuzdur.

“Sərnişinlərdən tək xahişimiz arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün yerinə qoymasıdır. Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər. Bir daha qeyd edim ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir".

P.Məmmədova qeyd edib ki, sərnişinlərin istifadəsinə verilən arabaların sayı 20-dir







Aytən Zəhra
Azvision.az



Teqlər: Avtovağzal  





Xəbər lenti