Heydər Əliyevə həsr olunan tədbirlər davam etdirilir

Heydər Əliyevə həsr olunan tədbirlər davam etdirilir
  10 May 2019    Oxunub:2541
“ASAN xidmət” və ASAN Könüllüləri ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə silsilə tədbirləri davam etdirirlər.
Azvision.az xəbər verir ki, bu çərçivədə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında “Heydər Əliyev irsi” adlı intellektual yarışma təşkil olunub, veloyürüş keçirilib, ulu öndərə həsr olunan müxtəlif kompozisiyalar nümayiş etdirilib, şeirlər və musiqi parçaları səsləndirilib. Həmçinin ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunan sənədli filmlərin nümayişi gerçəkləşib.

Qeyd edək ki, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə keçirilən bu tədbirlər regionlarda yerləşən Heydər Əliyev mərkəzlərində 1 may 2019-cu il tarixindən başlayıb. Respublikasının regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.




Azvision.az


Teqlər: ASANXidmət   HeydərƏliyev  





Xəbər lenti