Dünyanın ən bahalı atı - Qiyməti 110 milyon avrodur

  10 May 2019    Oxunub : 880
Dünyanın ən bahalı atı - Qiyməti 110 milyon avrodur
Hazırda 140 xalla dünyanın ən yaxşı atı hesab olunan çempion “Frankel”in bazar qiyməti açıqlanıb.
AzVision.az xəbər verir ki, atın real qiyməti 110 milyon avrodur.

İngilis atı indiyə qədər çıxdığı 14 yarışın heç birində məğlub olmayıb. “Frankel” yarışlarda sahibi, Səudiyyə Ərəbistanı şəhzadəsi Xalid Abdullaha 50 milyon funt pul qazandırıb. Onu hər gün minlərlə şəxs ziyarət edir.

Qeyd edək ki, “Frankel” dəyərinə görə bu il “Yuventus”a 105 milyon avroya transfer olunan Kristiano Ronaldo ilə müqayisə olunur.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Frankel   Ronaldo