Aviasiya şirkətlərini yeni cəza gözləyir

 Aviasiya şirkətlərini yeni cəza gözləyir
  10 May 2019    Oxunub:1784
Təyyarədəki sərnişinlərlə bağlı məlumatı təqdim etməyən şirkətlər cəzalanacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 295-ci (Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) maddəsinə 2 yeni bənd əlavə edilir.

Əlavədə qeyd olunub ki, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisinin sərnişinlərinə dair nəzərdə tutulan məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500 məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir.

Bundan başqa, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair nəzərdə tutulan məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən sonra hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin mayın 17-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Layihə  





Xəbər lenti