Gəmidəki partlayışla bağlı yeni məlumat yayıldı
Mayın 9-u səhər saatlarında qəzada xəsarət alan 14 nəfər “Saipem” şirkətinin işçiləri xəstəxanaya çatdırılıb. Qəza borudüzmə işləri zamanı avadanlığın bir hissəsi üzərində aparılan texniki qulluq əməliyyatları ilə əlaqədar olub.
Xəsarət almış 14 nəfərdən 7 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarət alan şəxslər Azərbaycan, İtaliya, Böyük Britaniya, Rumıniya, Malayziya və Xorvatiya vətəndaşlarıdırlar.
Zərərçəkənlərə və onların ailə üzvlərinə şəfqət hissini ifadə edərək “Saipem” şirkəti yüngül xəsarət alan şəxslərin dərhal vətənlərinə qaytarılmasını təmin etməklə yanaşı, ciddi xəsarət alan digər şəxslərin xüsusi tibbi mərkəzlərə köçürməsini təmin edəcək.
“Saipem” şirkəti enerji və infrastruktur sektorlarındakı başlıca layihələrin mühəndisliyi, qazma və tikinti işləri üzrə aparıcı şirkətdir. 60-dan çox ölkədə fəaliyyət göstərən şirkət 32 min işçi heyətinə malikdir.
Azvision.az