"Azərişıq" gücləndirilmiş rejimə keçdi

"Azərişıq" gücləndirilmiş rejimə keçdi
  11 May 2019    Oxunub:1338
Ölkənin bir sıra regionlarında havaların kəskin soyuması, küləklə müşahidə olunan dolu və yağışın yağması "Azərişıq" ASC-ni bir sıra qabaqlayıcı tədbirlər görməyə məcbur edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Azvision.az -a bildirib ki, axşam saatlarından etibarən əməkdaşlar baş verə biləcək mümkün qəzaların qarşısını almaq üçün səfərbər olunub:

"Artıq canlı qüvvə və mal-texnikamız hazır vəziyyətə gətirilib. Onlar baş verə biləcək qəzaların qarşısını almaq üçün çalışırlar. Digər qrup isə yağışlı-küləkli hava şəraitinsə baş verən fasilələri operativ aradan qaldırmaqla məşğuldur. Hazırda Zaqatala rayonu və ətraf ərazilərdə yaranan fasilələr aradan qaldırılıb, abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib".

Qeyd edək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumara görə, Quba, Göygöl, Gəncə, Daşkəsən, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Şamaxı və Naxçıvanda küləkli və yağışlı keçir. Bəzi regionlarda dolu düşüb.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti