Kürün sahilindən meyiti tapılan şəxs narkotikdən ölüb

Kürün sahilindən meyiti tapılan şəxs narkotikdən ölüb
  11 May 2019    Oxunub:1659
Mayın 9-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə Şirvan şəhər sakini İlham Cəbiyevin işlədiyi Biləcəri qəsəbəsində yerləşən sərnişindaşıma şirkətindən çıxması və itkin düşməsi barədə müraciət olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mayın 10-da Sabirabad rayonunun Minbaşı kəndi ərazisində, Kür çayının sahilində yorğan üzünə və palaza bükülmüş vəziyyətdə meyit tapılması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olunub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gedib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla üzərində zorakılıq əlamətləri görünməyən meyitin Şirvan şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş İ.Cəbiyev olduğu müəyyən edilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin Şirvan şəhər sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma, quldurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Fariz Ağayev tərəfindən qeyd edilən əraziyə gətirilməsi müəyyən edilib.

F.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. O, izahatında İ.Cəbiyevin mayın 8-də onun Abşeron gənclər şəhərciyindəki kirayədə yaşadığı evə gəlməsini və orada artıq miqdarda narkotik vasitə qəbul etməsindən ölməsini, mayın 10-na keçən gecə qohumuna məxsus “Mercedes” markalı avtomobildə cəsədi qeyd edilən yerə aparmalarını bildirib. Araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti