Narkotik satan keçmiş məhkum ələ keçdi

  11 May 2019    Oxunub : 554
Narkotik satan keçmiş məhkum ələ keçdi
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinini saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, saxlanılan şəxs rayonun Birinci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Məzahir Ağammədovdur.

RPŞ-nin əməkdaşları tərəfindən Məzahir Ağammədovun üzərinə keçirilən baxış zamanı 400 qrama yaxın qurudulmuş marixuana və heroin aşkar edilərək götürülüb.

M.Ağammədov narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik