Şirkətdən
Azvision.az -a verilən məlumata görə, “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə yaralanmış “Saipem” şirkətinin 11 əməkdaşı ( o cümlədən Azərbaycan vətəndaşları) Türkiyə, İtaliya, Fransa və Böyük Britaniyadakı xəstəxanalara çatdırılması “Medevac” xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə “Saipem” tərəfindən təşkil olunacaq.
Digər, daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrinin davam etdirilməsi üçün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub.
Azvision.az