Pakistanda otelə hücum edilib: Yaralılar var

  11 May 2019    Oxunub : 1978
 Pakistanda otelə hücum edilib: Yaralılar var
Pakistanın Bəlucistan vilayətinin Qvadar şəhərində yerləşən beş ulduzlu "Pearl Continental Hotel"ə 3 silahlı şəxs hücum edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki,hotel ərazisi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Məlumata görə, ərazidən atəş səsləri gəlir. Pakistanlı rəsmilərin sözlərinə görə, hoteldə olanlar təxliyə edilib. Basqın zamanı yaralıların olduğu bildirilir. Hələlik heç bir qruplaşma hadisəni öz üzərinə götürməyib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Pakistan   Terror