Litvada prezident seçkiləri keçirildi - Yenilənib

Litvada prezident seçkiləri keçirildi -  Yenilənib
  13 May 2019    Oxunub:2777
Litvada prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, 2 mindən çox seçki məntəqəsi saat 20:00-da bağlanıb.

Seçkilərdə 2,4 milyondan çox vətəndaşın iştirak etdiyi ehtimal edilir. Yaxın saatlarda seçkinin ilkin nəticələrinin açıqlanacağı gözlənilir.

***

Bu gün Litvada növbəti prezident seçkiləri keçirilir.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident postu uğrunda 9 namizəd mübarizə aparır.

Ekspertlərin fikrincə, 54 yaşlı iqtisadçı Gitanas Nauseda, 44 yaşlı sabiq maliyyə naziri İnqrida Şimonite və 48 yaşlı Baş nazir Saulyus Skvernyalis seçkinin favoriti hesab olunur.

Hazırkı prezident Dalya Gribauskayte isə 3-cü müddətə seçki marafonundan kənarda qalıb.

Azvision.az



Teqlər: Litva   Seçki  





Xəbər lenti