Gəmidə yaralananlar xaricə aparılıb, biri dünyasını dəyişib

  12 May 2019    Oxunub : 1853
Gəmidə yaralananlar xaricə aparılıb, biri dünyasını dəyişib
Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş partlayış zamanı "Saipem" şirkətinin yaralanmış 11 əməkdaşı (o cümlədən Azərbaycan vətəndaşları) Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə Türkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına aparılıb.
Bu barədə Azvision.az -a "Saipem" şirkətindən məlumat verilib. Bildirilib ki, daha yüngül xəsarət almış üç nəfər artıq vətənlərinə göndərilib.

Bəyan edilib ki, şirkətin ağır vəziyyətdə olan bir əməkdaşı bu gün səhər saatlarında Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digərlərinin həyatına heç bir təhlükə yoxdur.

Azvision.az

Teqlər: Gəmi   Partlayış