Bakı metrosunda sərnişin sıxlığı yaranıb

Bakı metrosunda sərnişin sıxlığı yaranıb
  13 May 2019    Oxunub:2116
Bu gün səhər saatlarından etibarən Bakı metrosunda sərnişin sıxlığı müşahidə edilir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a bildirib ki, qatarlarda hər hansı nasazlıq baş verməyib, sadəcə sərnişin sayı adi günlərlə müqayisədə bir qədər çoxdur.
B.Məmmədov, həmçinin qeyd edib ki, sərnişinlərin vaqonların qapısını saxlaması nəticəsində qatarların hərəkətində müəyyən qədər ləngimə olur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Qatar   Sıxlıq  





Xəbər lenti