“Onlar bu cəmiyyətdə yaşamasınlar?” - Komitə sədri
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda deyib.
H.Hüseynova qeyd edib ki, qadınların iqtisadi baxımdan güclənməsi üçün qadın sahibkarlığın inkişafına kömək edilir.
"Azərbaycanda əvvəllər 4 faiz qadın təşkilatı var idi, bu gün 200-dən çox qadınların hüquqları, problemləri ilə məşğul olan təşkilat var. Bu gün ölkədə qadın sahibkarların sayı 35 faizə çatıb. Hazırda ən önəmli məsələ KİV vasitəsilə əhaliyə düzgün məlumatın çatdırılmasıdır. Hansısa problemlə məşğul olan jurnalist məsuliyyəti bir qədər dərk etməli və daha ciddi yanaşmalıdır. Mütləq ayrı-ayrı istiqamətlərdə məşğul olan professional jurnalistlərin formalaşmasına ehtiyac var. Hər hansı qadın və uşaq haqqında informasiya veriləndə onların hüquqları qorunmur və məlumat şou formasında çatdırılır. Bundan sonra onlar cəmiyyətdə yaşamasın? Ona görə bu məsələlərdə diqqətli olmalıyıq".
Aytən Zəhra
Azvision.az
Teqlər: Hicran-Hüseynova Komitə