Sürücülər “Satılır” sözünə görə cərimə olunmayacaq

Sürücülər “Satılır” sözünə görə cərimə olunmayacaq
  13 May 2019    Oxunub:3294
"Təxminən 2 il əvvəl yayılmış dezinformasiya son günlər təkrar yayılmaqdadır. Söhbət öz avtomobilinin üzərinə "Satılır" məzmunlu elan yerləşdirməkdən gedir. Yazırlar ki, buna görə guya 2000 manat cərimə var. Düzgün söhbət deyil".
Azvision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert bildirib ki, "Reklam haqqında" qanunun 1.2-ci maddəsinə əsasən, qadağa hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına şamil edilmir.

"Ona görə də, öz avtomobilinə bu tip elan yazmaq qanunla tənzimlənmir, bunun üçün icazə lazım deyil, icazə yoxdur deyə cərimədən söhbət gedə bilməz"-, deyə Ə.Hüseynov vurğulayıb.

Azvision.az



Teqlər: Avtomobil   Satılır  





Xəbər lenti