“Jurnalistlərin 45-55 faizi qadındır” - Əflatun Amaşov

 “Jurnalistlərin 45-55 faizi qadındır” -  Əflatun Amaşov
  13 May 2019    Oxunub:2716
"Azərbaycanda jurnalistlərin 45-55 faizini qadınlar təşkil edir"

Azvision.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda deyib.
O, bildirib ki, Mətbuat Şurasının İdarə heyətində 2 qadın redaktor təmsil olunur: "Azərbaycan jurnalistikasının işlək qüvvəsi əsasən qadınlardır. Təəssüf ki, KİV rəhbərləri arasında qadınlar azdır. Yaxın vaxtlarda bu gün fəaliyyət göstərən qadın jurnalistlər rəhbər olacaq və söz sahibinə çevriləcəklər".

Ə.Amaşov qeyd edib ki, il ərzində Mətbuat Şurasına 700-ə yaxın şikayət daxil olur. Bunun da 15-20 faizə qədəri qadın istismarına qarşı, bəzi məqamlarda hadisələr baş verərkən, o hadisələrdə iştirak edən qadının rolunun daha çox qabardılması, bəzi məqamlarda onların adının hallanması, hadisələrin şişirdilməsi ilə bağlıdır.

"Bu sahədə Azərbaycan jurnalistləri ehtiyatla davranmalıdır. Lakin təəssüf ki, bəzi yeni yaranan KİV-lər bu prinsipləri pozur. Bir çox redaksiyalarda cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamaq barədə, kişi və qadın jurnalistlərə bərabər hüquq və imkanların təmin olunması istiqamətində prinsiplərə əməl olunur. Ancaq cinsi ayrı-seçkiliklə bağlı daha çox Azərbaycanın bölgələrində baş verən hadisələrlə əlaqədar və digər məqamlarda Azərbaycan jurnalistləri kifayət qədər ehtiyatla yanaşmalıdırlar. Bəzi məqamlarda belə hadisələrlə bağlı Mətbuat Şurasına şikayətlər daxil olur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əflatun-Amaşov  





Xəbər lenti