“Ötən həftə qəzalarda ölənlərin sayı 20-dən çoxdur”

 “Ötən həftə qəzalarda ölənlərin sayı 20-dən çoxdur”
  13 May 2019    Oxunub:1228
Ötən həftə (6-12 may 2019-cu il) Avropa ölkələrində “Qlobal yol hərəkəti təhlükəsizliyi həftəsi“ kimi qeyd edilib. Məqsəd bütün cəmiyyətin diqqətini yol hərəkəti təhlükəsizliyinə cəlb etmək, bunun sosial əhəmiyyətini vurğulamaq idi.
Azvision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert təəssüflə qeyd edib ki, ölkəmizdə ötən həftə yollarda ağır qəzalarla yadda qaldı.

"Əlimdə dəqiq statistika olmasa da, geridə qalan həftə ərzində yollarımızda ölənlərin sayının 20-dən artıq olduğunu güman edirəm. Hər bir hadisənin konkret səbəbi barədə nəsə demək çətindir. Qəzaların səbəblərini istintaq və məhkəmə müəyyən edəcək. Amma ümumi səbəblər bəllidir. Ötən ilin dekabrında bu səbəbləri aradan qaldırmaq və yol hərəkəti təhlükəsizliyi səviyyəsini yüksəltmək məqsədilə Dövlət Proqramı qəbul olundu. Onun icra müddətinin 4 aydan artıq vaxtı keçsə də, cəmiyyət konkret addımlar görmür. Düşünürəm ki, gecikirik. Proqrama uyğun dəqiq və aydın tədbirlərin icrasına başlamaq lazımdır".

Azvision.az


Teqlər: Ekspert   Yol  





Xəbər lenti