“DOST süfrəsi” bu dəfə Miqrasiya Xidmətində açıldı

“DOST süfrəsi” bu dəfə Miqrasiya Xidmətində açıldı
  13 May 2019    Oxunub:2448
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) insanlar arasında bərabərlik və mərhəmət rəmzi olan Ramazan ayında təşkil edilən “DOST süfrəsi” adlı aksiyaya qoşulub.
Qurumdan Azvision.az -a verilən məlumata görə, DMX-nın Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova, İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərov və xidmətin bir qrup əməkdaşı Azərbaycanda qaçqın status almaq üçün müraciət edən üçüncü ölkə vətəndaşları ilə iftar süfrəsi ətrafında görüşüblər.



Xeyirxahlıq və əmin-amanlıq rəmzi olan Ramazan ayında təşkil edilən iftar süfrəsi səmimi, mehriban ünsiyyət mühitində yaddaqalan bir görüşə çevrilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təşəbbüsü ilə keçirilən layihədə estafeti Dövlət Gömrük Komitəsi və Dövlət Aqrar Ticarət şirkətinə ötürürük.

Azvision.az


Teqlər: DMX   İftar  





Xəbər lenti