Bu yollarda təmir və rənglənmə işləri aparılır

Bu yollarda təmir və rənglənmə işləri aparılır
  13 May 2019    Oxunub:1396
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bayraq Meydanı ərazisindən başlayaraq 120-ci kilometrlik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, bundan başqa, paytaxtın Xəqani və Səməd Vurğun küçələrində, həmçinin Bakı Dəmir Yolu vağzalının qarşısında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.

Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti