“Bakı Avropanın bir çox şəhərlərindən daha təhlükəsizdir” - Asim Mollazadə
Deputat bildirib ki, tövsiyələr iki səbəbdən verilə bilər: “Birinci, məlumatsızlıqdan, yaxud daha az məlumatlı olmaqdan irəli gələrək verilə bilər. İkincisi, burada qərəz də ola bilər. Hesab edirəm ki, bütün bunların arxasında kimin durduğu araşdırılmalıdır. Bununla belə final oyunu Bakıda uğurla keçiriləcək. Buna əmin ola bilərlər. Çünki indiyə qədər final oyunlarının keçirildiyi şəhərlər Azərbaycan paytaxtından daha təhlükəlidir”.
A.Mollazadə hesab edir ki, yaradılan hansısa süni problemlərin heç bir əhəmiyəti olmayacaq: "Bakı belə bir möhtəşəm tədbirin keçirilməsinə hazırdır. Tövsiyələrə gəlincə, ölkələr və şəhərlər barədə bütün dövlətlərin xarici işlər nazirlikləri vətəndaşlarını xəbərdar etməlidir. Çünki vətəndaşlar həmin ölkədə nələrlə qarşılaşa biləcəklərindən xəbərdar olmalıdırlar. Ancaq Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri və orada Bakı ilə bağlı verilən məlumat həqiqətə uyğun deyil. Bakı bir sıra Avropa və dünya şəhərlərindən daha təhlükəsiz şəhərdir”, - A.Mollazadə vurğulayıb.
Elvin Abdulqədirov
Azvision.az