Səhiyyə Nazirliyinin məsul şəxsləri qəbul keçirəcək

Səhiyyə Nazirliyinin məsul şəxsləri qəbul keçirəcək
  13 May 2019    Oxunub:1439
Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbulunu davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, yerlərdə vətəndaşların şikayət, təklif və problemlərinin öyrənilməsi məqsədi ilə 17.05.2019-cu il tarixində səhiyyə nazirinin müavini Elsevər Ağayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasında Şamaxı və Qobustan sakinlərini, səhiyyə nazirinin müavini Rahim Əliyev 17.05.2019-cü il tarixində Göyçay Mərkəzi Rayon xəstəxanasında sakinləri qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Şamaxı və Göyçay MRX-da qeydiyyatdan keçmələri xahiş olunur.


Azvision.az




Teqlər: Səhiyyə  





Xəbər lenti