“Azərsu” Suraxanıda yeni layihələrin icrasına başlayıb
Belə yaşayış massivlərində normal su təchizatını təmin etmək mümkün olmurdu. Su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verir və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı sistemlərinin yaradılmasına və yenidən qurulmasına qərar verilib.
Layihə çərçivəsində Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi və ətraf ərazilərdə, Atamoğlan Rzayev və Səttar Bəhlulzadə küçələrində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 18 kilometr uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bu ərazilərdə görülən işlərdən 7 min nəfər faydalanacaq.
Yeni Günəşli qəsəbəsi D massivinin relyef baxımından yüksəklikdə yerləşən hissəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli borularla 3,2 kilometr su xətləri çəkilır. Görüləcək işlər nəticəsində bu ərazidə 10 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçiriləcək.
Qaraçuxur qəsəbəsinin Şərq massivində, həmçinin Nazim İsmayılov, Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əli Məmmədov, Əmircan qəsəbəsi, Malik Mustafayev, Elxan Həsənov, Park, Vladimir Balandin küçələrində müxtəlif diametrli borularla 12 kilometr uzunluğunda yeni su şəbəkələri yaradılacaq. Bununla da adıçəkilən ərazilərdə 11 mindən çox sakinin içməli su təchizatı yaxşılaşacaq.
Ümumilikdə, Suraxanı rayonunda icra olunan layihələr çərçivəsində 33 kilometrdən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan qısa müddət ərzində su xətlərinin 7 kilometrlik hissəsi tikilib. Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq.
Azvision.az