Nailin uşaqları üçün 40 min manat pul yığıldı

Nailin uşaqları üçün 40 min manat pul yığıldı
  14 May 2019    Oxunub:1842
ABŞ-ın Pensilvaniya ştatında qətlə yetirilən azərbaycanlı Nail Salamovun ailəsinə dəstək məqsədilə kampaniya davam edir.
Azvision.az -ın məlumatına görə, internet üzərindən həyata keçirilən kampaniya çərçivəsində Amerikada yaşayan soydaşlarımız Nailin uşaqları üçün maddi yardım göstərirlər. Altı gün əzrində 24,081 dollar (40,937 AZN) vəsait toplanıb.



Qeyd edək ki, mayın 7-də ABŞ-ın Pensilvaniya ştatında yaşayan 37 yaşlı azərbaycanlı Nail Salamov odlu silahla qətlə yetirilib. Onun Aydın və Yaqub adlı iki övladı yadigar qalıb.

Azvision.az



Teqlər: ABŞ   Nail-Salamov  





Xəbər lenti