Nazirliyin nümayəndə heyəti beynəlxalq sərgidə iştirak edəcək

Nazirliyin nümayəndə heyəti beynəlxalq sərgidə iştirak edəcək
  14 May 2019    Oxunub:1351
Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq 9-cu Beynəlxalq silah və hərbi texnika sərgisi “MILEX-2019”, həmçinin sərgi çərçivəsində keçiriləcək Hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” 8-ci beynəlxalq elmi konfransda iştirak edəcək.

Sərgi mayın 18-dək davam edəcək.

Azvision.az


Teqlər: Belarus   Sərgi  





Xəbər lenti