Azercell-in “Mobil Diş Klinikası” təmənnasız tibbi müayinələr aparır

Azercell-in “Mobil Diş Klinikası” təmənnasız tibbi müayinələr aparır
  14 May 2019    Oxunub:1525
Korporativ Sosial Məsuliyyət Strategiyasında müasir texnologiyaların köməyilə insan həyatının keyfiyyətinin artırılmasını hədəfləyən Azercell, fəaliyyəti boyunca bu istiqamətdə bir sıra sosial layihələrin həyata keçirilməsini dəstəkləyib.
Azercell-in təşəbbüsü ilə yaradılan “Mobil Diş Klinikası” bu layihələrdəndir. Həm Bakı, həm də regionlardakı uşaq evlərinə səfər edən klinika növbəti diş müayinələrini Bilgəh qəsəbəsi, 11 saylı inteqrasiya təlimli internat məktəbində təşkil edib. Bir ay boyunca davam edən səfərdə 71 uşaq müayinə və lazımi müalicə ilə təmin edilib.

Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Vurğulamaq istərdik ki, klinikanın əsas hədəfi internat məktəblərinin şagirdlərini, valideyn himayəsindən məhrum uşaqları, qaçqın və məcburi köçkün düşərgələrində məskunlaşmış körpələri müayinə və müalicə etməkdir.

Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.


Azvision.az



Teqlər: Azercell  





Xəbər lenti