Finalı izləmək üçün Bakıya 40 min əcnəbi gələcək

Finalı izləmək üçün Bakıya 40 min əcnəbi gələcək
  15 May 2019    Oxunub:3318
Mayın sonunda ölkəmizdə keçiriləcək Avropa Liqasının final oyununu izləmək üçün Bakıya təxminən 40 minə yaxın xarici vətəndaş gələcək.
Azvision.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Bakıda keçirilən Futbol və Biznes Sammitində çıxışı zamanı deyib.

Baş katib bildirib ki, bu rəqəm tədbir üçün Azərbaycana gələn turistlərin sayında yeni rekorddur: "Bunun iqtisadi, turizm baxımından əhəmiyyəti böyükdür. Ölkəmizdə ən çox izlənilən futboldur. 2017-ci ildə keçirilən sorğuda valideynlərin uşaqlar üçün seçdiyi birinci idman növü futbol olub. Bu, bizim üçün sevindiricidir".

Qeyd edək ki, mayın 29-da Bakıda Avropa Liqasının final oyunu keçiriləcək. Həlledici görüşdə İngiltərənin "Arsenal" və "Çelsi" klubları qarşılaşacaqlar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Futbol   Bakı  





Xəbər lenti