Belarusda hərbi sərgi keçirilir - Silahlarımız nümayiş etdirilir

Belarusda hərbi sərgi keçirilir -  Silahlarımız nümayiş etdirilir
  15 May 2019    Oxunub:2330
Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə Minsk şəhərində “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi keçirilir.
Azvision.az xəbər verir ki, sərgi dörd gün davam edəcək. Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi də təmsil olunur.

2001-ci ildən etibarən iki ildən bir keçirilən “MILEX” sərgisinə Müdafiə Sənayesi Nazirliyi bu günə qədər rəsmi heyətlə qatılıb. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunur və məhsullarını mümayiş etdirir.



Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini nəzərə alan Müdafiə Sənayesi Nazirliyi “MILEX-2019” sərgisində də əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirir. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.

Qeyd edək ki, Belarus, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrikadan olan 160-dan çox müdafiə sənayesinin istehsalçıları və ixracatçıları “MILEX-2019”da öz hərbi məhsullarını nümayiş etdirir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Sərgi   Belarus  





Xəbər lenti