“İctimai qınaq olmasa, problemləri həll edə bilmərik”
Komitə sədri bildirib ki, Azərbaycanda gözəl ailə modeli mövcuddur: "Bizə Britaniyadan, Fransadan müraciət edirlər. Onlar dünyada olan gözəl ailə modellərini beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirlər. Onların nümunə göstərdiyi 7-8 ailə modeli arasında Azərbaycan ailəsi də var. Bizim 11 rayonda ailələrə dəstək mərkəzlərimiz var. Burada təkcə problemli uşaqlar, tənha qadınlar yox, bütün ailə məsələlərində insanlara yardım edilir. Biz bölgələrdə əhali ilə görüşlər keçiririk. Gözəl ailələrin nümunələrini göstəririk. Media da insanlara nümunəvi ailələri göstərməlidir, problemli ailələri yox. 50-60 il bir yerdə mehriban yaşayan ailələrimiz var. Onlar cəmiyyətə nümunədir. Əhali özü çalışmasa, ictimai qınaq olmasa, biz problemləri həll edə bilmərik", - deyə komitə sədri çıxışında qeyd edib.
Azvision.az
Teqlər: Hicran-Hüseynli Komitə