Azərbaycan silahları Minskdə - FOTOLAR

  15 May 2019    Oxunub : 1165
 Azərbaycan silahları Minskdə - FOTOLAR
Mayın 15-də Belarus Respublikasının Minsk şəhərində “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisinin açılışı olub.

Müdafiə Sənayesi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, açılış mərasimində Belarusun Baş naziri tərəfindən Prezident Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub.
Rəsmi açılışda Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.



Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə keçirilən sərgidə 10 ölkədən - Belarus, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrika Respublikalarından 170 şirkət iştirak edir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “MILEX” sərgisində ilk dəfə stendlə təmsil olunur.

Bu gün işinə başlayan, iştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan “MILEX-2019” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən əsasən ixrac yönümlü məhsullar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və s. məmulatlar nümayiş etdirilir.



Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin bir sıra ölkələrin rəsmi nümayəndə heyətləri, eləcə də müdafiə sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkət və firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.

Sərgi işini mayın 18-dək davam etdirəcək.

Azvision.az

Teqlər: Belarus   Sərgi   MSN