Bu gün işdən çıxarılan hakimlər kimlərdir? - Dosye (FOTO)

Bu gün işdən çıxarılan hakimlər kimlərdir? -  Dosye (FOTO)
  15 May 2019    Oxunub:12465
Xəbər verdiyimiz kimi, bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

İclasda bildirilib ki, qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib.
Həmçinin, Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.



Azvision.az-ın məlumatına görə, səlahiyyətlərinə xitam verilən Məmmədov Mübariz Sərxoş oğlu 1960-cı ildə anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Hüquq fakültəsini bitirib. 1987 - 1989-cu illərdə Salyan Rayon İcraiyyə Komitəsinin hüquq məsləhətçisi, Hüquq şöbəsinin müdiri, 1991 - 1993-cü illərdə Salyan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və müdafiə şöbəsinin böyük məsləhətçisi, 1993-cü ildə Salyan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və müdafiə şöbəsinin müdiri, 1993 - 1994-cü illərdə Sabirabad Rayon Prokurorluğunda stajçı müstəntiq, 1994 - 1996-cı illərdə Fizuli Qarnizon Hərbi Prokurorluğunda müstəntiq, 1996 - 1998-ci illərdə Hacıqabul Rayon Prokurorluğunda müstəntiq, 1998 - 2000-ci illərdə İmişli Rayon Prokurorluğunda müstəntiq, 2000 - 2005-ci illərdə Tərtər Rayon Prokurorluğunda müstəntiq, 2005 - 2006-cı illərdə Tərtər Hərbi Prokurorluğunda böyük müstəntiq, 2006 - 2011-ci illərdə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsində müstəntiq, 2011 - 2015-ci illərdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2016-cı ildən isə Tərtər Rayon Məhkəməsinin hakimi işləyib.



İşdən çıxarılan Quba rayon məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu 1964-cü ildə anadan olub. O, Moskva Hüquq İnstitutunun Hüquq fakültəsini bitirib. 1992 - 1994-cü illərdə Masallı rayonu Əhalinin Məşğulluq Mərkəzində aparıcı hüquq fakültəsi, baş mütəxəssis-inspektor, 1995-ci ildə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ümumi şöbəsində müfəttiş, 1995 - 2000-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ümumi şöbəsinin müdiri, 2001 - 2002-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Reklam idarəsində hüquqşünas, 2002 - 2004-ci illərdə Masallı rayonu Ərkivan Bələdiyyəsində hüquqşünas, 2005-ci iləd 'Dəştvənd' MMC-də baş hüquqşünas, 2005 - 2007-ci illərdə Lerik Rayon Hüquq Məsləhətxanasında vəkil, 2007 - 2008-ci illərdə Vəkillər Kollegiyasının üzvü (fərdi fəaliyyət göstərən vəkil), 2008-ci ildən isə Quba Rayon Məhkəməsinin hakimi olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hakim   Məhkəmə  





Xəbər lenti