Şirvanda 16 yaşlı oğlan itkin düşüb

 Şirvanda 16 yaşlı oğlan itkin düşüb
  15 May 2019    Oxunub:3067
Şirvan şəhərində 16 yaşlı oğlan itkin düşüb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, şəhər sakini Etiqad Səməndərli mayın 14-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az



Teqlər: DİN   Şirvan  





Xəbər lenti